Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Millət vəkili: “Qoşulmama Hərəkatına üzv ölkələr Ermənistanın faşist siyasətinə bələd olacaqlar”

“Dünyada böyüklüyünə görə BMT-dən sonra ikinci beynəlxalq təşkilat kimi tanınan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıların bu gün və sabah Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə toplaşması son dərəcə böyük hadisədir. Belə ki, təşkilatın beynəlxalq siyasətə təsir imkanlarını və dünyada mövqeyini nəzərə alsaq görüş bəşəriyyət üçün müsbət mühüm əhəmiyyət kəsb edəcək”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Hüseynov səsləndirib.

“Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduqdan 8 il sonra təşkilatın beynəlxalq tədbirinə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun real göstəricisidir. Bu eyni zamanda Avropa qitəsində 30 ildə sonra təkrarlanan bir hadisədir. Dünya əhalisinin yarıdan çoxunun - təxminən 55 faizinin Qoşulmama Hərəkatına üzv olan ölkələrdə yaşadığını, yer kürəsində neft ehtiyatlarının 75 faizindən və qaz ehtiyatlarının 50 faizindən çoxunun bu dövlətlərin ərazisində yerləşdiyini nəzərə alaraq tədbirin Bakıda təşkili iqtisadi, siyasi və beynəlxalq baxımdan mühüm əhəmiyyət kəsb etməklə Azərbaycanın dünyaya açıq ölkə olduğunu və humanizm dəyərlərinə sadiq qaldığını təsdiqləyir. Çünki artıq hər kəsə yaxşı məlumdur ki, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan dinamik surətdə inkişaf edərək dünya birliyində qüdrətini durmadan artırır.

Zirvə Görüşündə iştirak edəcək ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ölkəmizin sosial ədalət prinsiplərinə sadiq qalaraq son dərəcə sürətlə inkişaf etdiyini görməklə, Ermənistanın faşist siyasətinə bir daha yaxından bələd olacaqlar.

Görüş Azərbaycanın dünya birliyində rolunun genişləndiyinin və bunun xarici ölkələr tərəfindən də dəyərləndirildiyinin bir daha təsdiqidir”.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »