Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.

Bizimyol.info xəbər verir ki, iclasda Azərbaycanın baş naziri Əli Əsədov da iştirak edir.

Moskva vilayətindəki “Skolkovo” Texnoparkında keçirilən iclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı 20-yə yaxın aktual məsələni müzakirə edəcəklər. İclas iştirakçıları əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüşəcəklər. İclasın sonunda sənədlərin imzalama mərasimi keçiriləcək.

Görüşün gündəliyinə cəmiyyətin rəqəmsal inkişafı sahəsində əməkdaşlıq konsepsiyası və onun həyata keçirilməsinə dair əsas tədbirlər planı, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi, antiinhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, "quş qrip"inin profilaktikasına dair birgə tədbirlər, MDB ölkələrinin İdman Oyunlarının təsis edilməsi, narkotiklərin qanunsuz dövriyyəsi və bir çox digər məsələlər daxil edilib.(apa)

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
Son xəbərlər
Bütün xəbərlər »