Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı: “Büdcə təsnifatında özəl sektorun potensialını analiz etmək mümkün deyil”

“Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə təsnifatı elə tərtib edilib ki, özəl sektorun potensialında baş verən dəyişikliklərin müstəqil analizinə imkan vermir”.

Bizimyol.info xəbər verir ki, bu fikirləriiqtisadçı ekspert Rövşən Ağayev səsləndirib. Söhbət nədən gedir?

Rövşən Ağayev

“Hər 2 fondun büdcəsinin gəlirlər hissəsi "büdcə" və "qeyri-büdcə" mənbələrinə bölünür.

Büdcə təşkilatlarına hansı subyektlərin daxil olduğu məlumdur: dövlət büdcəsindən maliyyələşən bütün təşkilatlar bura daxildir.

Lakin "qeyri-büdcə" dedikdə bura həm özəl sektor, həm də büdcədən maliyyələşməyən bütün dövlət müəssisələri daxildir. Dövlət müəssisələri dedikdə SOCAR, Dövlət Dəmir Yolu və AzAl-dan tutmuş Aztelekomun çoxsaylı müəssisələrinə, təsərrüfathesablı meliorasiya təşkilatlarına qədər 10 minlərlə işçisi olan yüzlərlə müəssisədən söhbət gedir.

İndi baxaq: 2020-ci ildə Sosial Müdafiə Fonduna icbari sosial sığortadan daxilolmalar 623 mln. manat artımla proqnozlaşdırılır. Həmin artımın hətta yarısından bir qədər çoxu - 313 mln. manatı büdcə təşkilatları hesabına təmin ediləcək.

Yerdə qalan 310 mln. manat "qeyri-büdcə" adlandırılan sektirun. Amma bu məbləğin hansı hissəsi özəl sektorun, hansı hissəsi dövlət şirkətlərinin hesabına baş verəcək -bunun cavabı yoxdur. Bəlkə bütün artım dövlət şirkətləri hesabına baş verir? Nədən müstəqil analizin belə bir məlumat almaq imkanı olmasın?

Eyni vəziyyət İşsizlikdən Sığorta Fonduna da aiddir. 2020-ci ildə Fonda icbari ayırmalardan daxilolmalar 28.6 mln. manat artacaq. Bu artımın təxminən 10 mln. manatı büdcə təşkilatları hesabına baş verəcək...

Hər 2 büdcədə gəlirləri "özəl" və "dövlət" sektoru üzrə ayırmaq belə qəlizdirmi?”,- deyə o bildirib.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »