Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
QHT sədri dövlət komitəsinin rəsmisinə cavab verdi: “İt özünsən, tərbiyəsiz!..”

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə “Ailə uşaq komitəsinə ehtiyac duyulur ki? Yaxud bu komitənin varlığını kimsə hiss edir ki? Bu komitə demək olar ki yoxdur” yazıb.

Bizimyol.info xəbər verir ki Komitənin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun cərt cavabı Mirvari xanımı özündən çıxarıb.

Elgün Səfərov Elgün Səfərov

“Dövlət Komitəsinin fəaliyyətini görməyən kor insandır. Sadaladığınız insanlar Hicran Hüseynovanın kadrlarıdır. Xanımın rəhbərliyi və dəstəyi ilə formalaşıblar.

Komitə Azərbaycanda gender bərabərliyi və məişət zorakılıqla mübarizə sisteminin yaradılmasında iştirak edib. Bizim fəalliyətimiz hər gün aparılır: təlimlər, proqramlar, hesabatlar, preventiv tədbirlər, qurbanlarla iş, psixolojı və hüquqi yardım və s.

Olan səlahiyyətlərlə müqayisə etsək bu son 15 il ərzində görülən işlər müqayisəedilməzdi. Bu işdə Hicran xanımın çox böyük töhvəsi var. QHT-nin və Komitənin fəalliyyəti birgə olmalıdı. QHT-lər dəstək almalıdı. Komitə ləğv edilsə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində mərkəzi qurum olmayacaq. Sonda bir sözdə deyim: İt hürər, karvan keçər”.

Mirvari Qəhrəmanlı isə komitə rəsmisinin kobud cavabına elə onun üslubunda reaksiya göstərib. “Kor özünsən. Ayıb olsun sənə. Heç gözləməzdim səndən.Mən düşündüyümü, gördüyümü deyirəm. Buna görə məni təhqir eləməlisən ki? Sonda isə deyirəm; İt özünsən.Tərbiyəsiz! Mən fikrimi bildirdim sən məni təhqir etdin. Bəlkə də nəvəm yaşındasan. Sənə kim haqq verib məni təhqir etməyə? Səni aşağılayacaq nəsə yazdım ki? Yenə də utan, yerə gir. Mən səni tərbiyəli peşəkar bir insan hesab edirdim. Gör sizə müraciət edən qadınlarla necə davranırsınız”.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »