Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumət iqtisadi məsələləri həll etmək üçün ayrıca məhkəmə sistemi yaratmaq istəyir

“İqtisadiyyatda dönüş olması üçün ədalətli məhkəmə sistemi olmazsa-olmazdır, amma hökumət yenə də başqa yol tutmaq, iqtisadi məsələləri həll etmək üçün ayrıca məhkəmə sistemi yaratmaq istəyir - səhv və mənasız yoldur. Bizdə biznesin əsas dərdi, problemləri bir-birləri ilə olmur ki, yeni məhkəməyə gedib onu həll etsinlər”.

Bizimyol.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.

Onun sözlərinə görə, yeni məhkəmələr yaransa onlar ancaq iqtisadi subyektlər arasında mübahisələrə baxacaqlar.

Natiq Cəfərli Natiq Cəfərli

“Bizdə biznesin əsas dərdi yerli icra hakimiyyəti ilə, nazirliklər və dövlət idarələri ilə, hüquq-mühafizə orqanları ilə olur - o zaman biznes nə etsin?!

Məsələn, Hüseyn əmi qoyun saxlayır, kiçik fermer təssərrüfatı var, X rayonunun İcra Başçısı, özünü həmin bölgənin ağası hesab edən Y müəllimin qonağı gəlir, sürücüsünü göndərir ki, get Hüseyndən bir mələməmiş quzu gətir qonağa kabab çəkək - bu zaman Hüseyn əmi nə etməlidir?! İqtisad Məhkəməsinə müraciət edə bilməyəcək axı?! Ya da, X rayonun polis rəisi qonaqlarını da götürür gəlir Həsən dayının restoranına - yeyir, içir hesabı da vermir. Həsən dayı neyləsin?! Və ya, X rayonunun İcra Başçısı rayonda biznesi olan Habil kişiyə deyir ki, prezident rayona gələcək, abadlıq işləri lazımdı, get 5000 pul gətir - bu zaman Habil kişi nə etməlidir?!

Qısası, məhkəmə, hüquq-mühafizə orqanlarının işi kökündən dəyişməsə ayrıca İqtisad Məhkəmələri heç nəyə dərman olmayacaq və iqtisadiyyat da inkişaf etməyəcək”,- deyə o bildirib.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »