Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yarım milyonluq dələduzluqda təqsirləndirilən şəxsin işi geri qaytarılıb

Bakı Apelyasiya Məhkəməsində dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Tapdıq Namazovun barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Bizimyol.info xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən cinayət işi yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vətəndaşa satıb. Ümumilikdə, 18 nəfərə 31 mənzil satılıb və onlara 568 min manatlıq ziyan dəyib.

T.Namazovun barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk etdiyi, barəsində axtarış qərarı çıxarılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

T.Namazov isə məhkəmədə bildirib ki, sonuncu dəfə ölkəni 2013-cü ildə tərk edib, bu ilin əvvəlində isə ölkəyə qayıdarkən saxlanılıb. İş adamı ölkədən qaçmadığını, biznesi ilə bağlı xaricdə olduğunu, könüllü Azərbaycana qayıtdığını deyib.

T.Namazov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), .179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində T.Namazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda zəlzələ olub
››› Saxta peyvənd sertifikatlarının qarşısı niyə alınmır...
Son xəbərlər
Bütün xəbərlər »