Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ABŞ qırmızı bülletenlə axtarışda olan terrorçu Məzlumu Türkiyəyə təslim etməlidir”

“Məzlum kod adlı şəxs İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olan terrorçudur. ABŞ-ın bu adamı bizə təslim etməsi lazımdır”.

Bizimyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə verdiyi müsahibəsində bildirib.

O deyib ki, ABŞ-la aralarında ittiham olunan cinayətkarların geri qaytarılması anlaşması var: “Çünki qırmızı büllütenlə axtarışın tələbi budur. Ədliyyə nazirinə də söylədim, onlar da lazım olan sənədləşmə ilə bu tələbdə olacaqlar. Bunun üçün çalışırıq”.

Qeyd edək ki, bir neçə gün öncə Suriyada terror təşkilatlarından biri olan Suriya Demokratik Güclərinin (SDG) başçısı general Məzlum Kobanidə atəşkəs üçün ABŞ Prezidenti Donald Trampa təşəkkür etmişdi. Tramp isə tvıtter hesabından “Səni yaxın bir zamanda görməyi səbirsizliklə gözləyəcəm”, deyə Məzluma qarşılıq vermişdi.(apa)

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »