Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qaz ferması yaradıram” deyərək 250 nəfərin milyonlarını oğurladı

Türkiyədə “Çiftlik Bank” dələduzluğu çox insana zərər vurmuşdu. Bu fırıldaqla bağlı söz-söhbət tam səngiməmiş ortaya başqa dələduzluq çıxıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə vətəndaşı “qaz ferması yaradıram” deyərək 250 nəfərin milyonlarını oğurlayıb. Nurettin Çelik altı ay ərzində 4,9 milyon lirə (851 min dollar) toplayaraq ölkədən qaçıb. Onun Çinə getdiyi dəqiqləşib.

Çelik “Çiftlik bank” layihəsindən ilhamlanaraq qaz ferması açdığını elan edib. Bunun üçün 20 milyon lirəyə və 1000 nəfər payçıya ehtiyac olduğunu bildirib. Qısa zamanda insanların inamını qazanmağı bacarıb. 250 nəfər bu işə üst-üstə 4,9 milyon lirə yatırım edib. Günlərin birində Çelik yoxa çıxıb.

Pulundan keçənlər aldadıldığını Nurettin Çindən videolar paylaşanda anlayıb. Çelik sözləriylə onları bu itkiyə hazırlamağa çalışıb.

Çelik insanları aldatmaq üçün bir neçə addım atıb. Əvvəlcə “Doğalkaz Ördek Yetiştiriciliği Entegre Sanayi Ticaret A.Ş.” adlı şirkət açıb. Sonra 600 min lirəyə torpaq ərazisi alıb. İnsanlar ortada gerçək işin olduğuna inanıb. Aldanılanlardan hər biri təxminən 20 min lirəsindən keçib. Çindən video paylaşan Nurettin azı 3 il xeyir gözləmək lazım gəlmədiyini bildirib. O, sonrakı mərhələdə də qazanca söz vermədiyini söyləyib. Həmin 250 nəfərin, demək olar, hamısında aldadıldığına əminlik yaranıb.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
Son xəbərlər
Bütün xəbərlər »