Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elinanın anası: “Mitinqə çıxanı tuturlar, uşaq ölüb, heç nə eləmirlər”

162 saylı məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyevanın ölümünə görə günahlandırılan direktor Sevinc Abbasovaya 2 il 2 ay azadlığın məhdudlaşdırılması (elektron qolbaqla gəzəcək) mərhum məktəblinin ailəsinin etirazına səbəb olub.

Elina Hacıyeva

Elinanın yaxınları məhkəmənin ədalətsiz hökm çıxardığını deyir.

Sevinc Abbasova Sevinc Abbasova

Bizimyol.info xəbər verir ki, Elinanın anası Sevil Hüseynova bu iş prezidentin nəzarətində olduğuna görə belə ədalətsiz nəticə gözləmədiklərini bildirib: “Prezidentin nəzarətində olan işə belə yanaşırlarsa, görün indi başqa işlərdə adamların başına nə oyun açırlar. Mənim uşağım qara torpağın altındadır, bu isə gedib rahat şəkildə öz uşaqlarıyla oturur, deyib-gülür. Budur ədalət? Belə ədaləti lənətə gəlsin! Hardadı dövlət? Belə çıxır ki, kasıbın uşağını əzmək, öldürmək olar və buna görə heç kimi də cəzalandırmayacaqlar. Mitinqə çıxanı, bir kəlmə söz deyəni tutub aparırlar, həbsdə saxlayırlar. Uşaq ölüb, buna görə heç kimə heç nə eləmirlər. Heç olmasa, 2-3 il həbs verəydiniz, bəlkə mənim də içim bir az soyuyardı...”

Solmaz Hacıyeva Solmaz Hacıyeva

Elinanın nənəsi Solmaz Hacıyeva da hökmə etiraz edib: “Nəticə belə olacaqdısa, istintaq, məhkəmə nəyə lazım idi? Bizi beş ay niyə süründürdünüz?”.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »