Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nyuton niyə 2060-cı ili dünyanın sonu sayırdı

Müasir fizikanın banilərindən sayılan İsaak Nyuton 1687-ci ildə yazdığı “Natural fəlsəfənin riyazi başlanğıcı” kitabı ilə riyaziyyatda inqilab etmişdi. Amma böyük alimin özünəməxsusluğu da vardı.

Bizimyol.info xəbər verir ki, Nyuton okkultizmlə maraqlanır, Atlantidanın mövcudluğuna inanır, “Bibliya”da kodlar axtarır, dünyanın axırı ilə bağlı proqnozlar verirdi. Dahi fizik 2060-cı ildə dünyanın sonunun gələcəyini düşünürdü.

İndi bizə qəribə görünə bilər, amma Nyuton qurğuşunu qızıla çevirməyin mümkünlüyünə inanırdı. Bu istiqamətdə xeyli qeydlər yazmışdı.

Nyuton ünsiyyətcil adam deyildi, insanlarla çox az danışardı. Buna baxmayaraq, Şotlandiya masson lojasının üzvü olmağı özünə rəva görmüşdü.

Bəs Nyuton niyə məhz 2060-cı ili dünyanın sonu sayırdı? Fizik həm də okkultist idi. Rəqəmlərlə ciddi maraqlanırdı, “Bibliya”da kodlar axtarırdı. Hələ 1705-ci ildə bununla bağlı qeydlər aparmışdı. Bunu hətta Qüdsdəki universitet kitabxanasında görmək də mümkündür. Rəqəmlər, xüsusi kodlar ona 2060-cı ili nişan vermişdi. Nyuton buna çox inanırdı.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »