Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Zombilər yeni “CinemaPlus”a basqın etdi
2019-10-24_192312

Yenilənmiş “CinemaPlus 28 Mall” premium kinoteatrında “Zombilənd: Nəzarət atəşi” filminin təqdimatı olunub.

Şou-biznesin ulduzları, jurnalistlər, bloqerlər, sahibkarlar və böyük təşkilatın rəhbərləri gecəboyu əyləniblər. Onlar DJ, ləzzətli furşet, alkoqol və alkoqolsuz içkilərin əhatəsində xoş anlar yaşayıblar. Gecədə həmçinin, fotoqraflar və videoqraflar da olub.

Şou proqramın özü musiqi tərtibatlı, zombilərdən və qonaqları əyləncəli karikaturaları ilə əyləndirən rəssamdan ibarət idi.

Film üslubunda bəzədilən kinoteatrda qonaqlarla birgə əyləncəli anlar yaşanıb. Tezliklə baş tutacaq Helloween bayramına aid dekorlar da kinoteatrda yer alıb.

İkinci film izləyiciyə yeni bir obraz göstərəcək. Tallahesse cəmiyyətdə qəbul olunan qaydaların pozulmaması üçün təhlükəli düşmənlə şiddətli mübarizəyə çox vaxt sərf edəcək. Lakin o, ciddi qisas ala biləcəyini gözləmirdi, indi isə qəhrəmandır.

Filmin rejisoru: Ruben Fleyşerdir. Baş rollarda Cessi Eyzenberq, Vudi Harrelson, Emma Stoun, Abigail Breslin, Rozario Douson, Zoi Doyç, Bill Mürrey, Den Aykroyd, Lyuk Uilson və Evan Coqia.

Tədbirində təşkilində “Astral” və “Paranormal Baku” kvestləri, “Made.az”, “Say Say events” dekor şirkəti, “Light in Black”, karikaturaçı Eyvaz Soltanlı, “Harmony Dance Studio by Farid Mehdiyev”, “Kolorit” kafesi, “Absheron Sharab”, “Şeh su” və “Red Bull” dəstək göstəriblər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Paylaş »
››› Professordan koronavirusla bağlı əsəbi açıqlama: "Axmaq olmayın!"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Deputatın rəis oğlu koronavirusa yoluxub: İdarə karantinə alınıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən rayon və şəhərlərin sayı artırılıb
Son xəbərlər
Bütün xəbərlər »