Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen Inın həyat yoldaşı üzə çıxdı: Hamilə olduğu deyilirdi - Foto

Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı 4 aydır ortada yox idi. Li Sol Çju, nəhayət, ictimaiyyət arasında görünüb.

Bizimyol.info xəbər verir ki, Kim Çen Inın həyat yoldaşının hamilə olduğu deyilirdi. Bu haqda Cənubi Koreya mətbuatı yazmışdı. Amma fotolar qadının hamiləliyindən xəbər vermir.

Li Sol Çju Kımqınsana səfər zamanı ərinin yanında görünüb. Kim Çen In orada kurorta baş çəkib.

Şimali Koreya liderinin həyat yoldaşı axırıncı dəfə iyunun 21-də gözə dəymişdi. Onda qadın Çinin rəhbəri Si Tszinpinin səfəri zamanı qonaqlarla görüşmüşdü.

Qəribədir ki, Kımsınqana səfərin protokolunda Li Sol Çjunun adı yazılmamışdı. Ora Kim Çen Inın bacısı Kim Yo Çjon getməliydi. Son aylar ölkə rəhbərini məhz basıcı müşayiət edirdi.

Hətta Qərb mətbuatı da Li Sol Çju haqda çox söz deyə bilmir. Kim Çen Inla 2009-cu ildə evləndikləri ehtimal olunur. Amma münasibətlər haqda media 2012-ci ildə xəbər tutmuşdu. Böyük ehtimalla, üç övladları var.

Son xəbərlər
Bütün xəbərlər »