Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atası ilə yaşamaq istəyən qızcığazdan hakimə duyğulandırıcı məktub: "Atam saçlarımı hər gün fərqli hörür"

Atası ilə yaşamaq istədiyini bildirən qızın qəyyumluğu anasında qalıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2013-cü ildə həyat yoldaşından ayrılan İstanbul sakini Murat qızının qəyyumluğunu tələb edir. 11 yaşlı qızın atası qəyyumluğun anadan alınaraq ona verilməsini istəyir. Məhkəmənin tələbi ilə pedoqoqla görüş keçirilib və məhkəmə prosesi davam edən müddətdə qızcığazın 4 ay müddətində atası ilə qalması onun üçün daha uyğun görülüb. Lakin məhkəmə bunu rədd edib. Buna qarşılıq olaraq İzmirdə yaşayan 11 yaşlı qız hakimə atası ilə birgə yaşamaq istədiyini ehtiva edən məktub yazıb. O, məktubunda atası ilə daha yaxşı vaxt keçirdiyini, atasının daha çox qayğısına qaldığını, hər gün saçlarını fərqli-fərqli hördüyünü, müxtəlif yeməklər bişirdiyini, ona da öyrətdiyini yazıb. "Atam mənim "bodyguard"-ım" yazaraq oxuyanları duyğulandırıb.

Qızınının anası ilə xoşbəxt olmadığını deyən ata qəyyumluğu ala bilmək üçün sonacan mübarizə aparacağını vurğulayıb. O, bu olayların qızına travma yaşatdığını dilə gətirərək baş verənlərin uşağı pərişan etdiyini deyib.

Eyni zamanda qəyyumluğun anadan alınıb ona verilməsi üçün məhkəməyə müraciəti də qızının istəyi ilə etdiyini dilə gətirib: "Məhkəmənin tələbimizi rədd etməsinə çox təəccübləndik. Bu müraciəti qızımın istəyi ilə etmişdik. Həyat yoldaşım 3 il əvvəl evlənib və qızım yad bir adamla eyni evdə yaşamaqdan məmnun deyil. Sentyabrın 9-da hər birimiz çox sevincli idik. Lakin iki gün sonra vəkilim zəng etdi və məhkəmənin tələbimizi rədd etdiyini bildirdi. Əsas kimi də qəyyumluğun ataya verilməsinin dərslərinə mənfi təsir edə bilməsi göstərilib. Halbuki, dərslər təzə başlayıb və biz məktəbi dəyişərək rahat şəkildə dərslərimizə davam edə bilərdik. Qızım indiyəcən onsuz da 5 məktəb dəyişib.

Əsas uşağın xoşbəxtliyidir, buna görə qərar bizi təəccübləndirdi ".

Qız atasının vəkili isə işə baxan hakimin qızın anası ilə dost olduğunu öyrəndikərini bildirib. Hakimin tərəfsiz qərar çıxarmasına dostluq münasibətlərinin əngəl olduğunu deyib: "Hakimin bu işi aparmaqdan geri çəkilməsini tələb etsək də 3 həftədir müsbət və ya mənfi bir qərar verilməyib".

Aləmdə

Bizimyol

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
Son xəbərlər
Bütün xəbərlər »