Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qəbələ”nin baş məşqçisi: “Qələbəyə də, məğlubiyyətə də hazır idik”

“Oyuna istədiyimiz kimi başlasaq da, sonunu gətirə bilmədik. Hücum futbolu oynamaq istəyirdik”.

Bizimyol.info xəbər verir ki, bunu “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov deyib.

Çalışdırıcı UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab oyunları çərçivəsində keçirilən APOEL-lə (Kipr) matçdan sonra fikirlərini açıqlayıb. F.Xəlilov 0:1 hesablı məğlubiyyətin səbəblərinə aydınlıq gətirib: “Müdafiəyə çəkilmək fikrimiz yox idi. Bilirdik ki, APOEL təhlükəli rəqibdir. Cərimə meydançamıza nə qədər yaxın oynasalar, qol vurmaq şansları olacaq. Bu səbəbdən də kiprliləri öndə qarşılamağı fikirləşirdik. Bəzi futbolçularımız bu tapşırığı yerinə yetirsələr də, digərləri bunu bacarmadılar. Buna görə də sıxıntı ilə üzləşdik və qol buraxdıq. Rəqibin heyətində Giannis Satsiasın oyununu analiz etmişdik. Bilirdik ki, hansı səviyyədə oynayır. Ona bir nəfər ayırmışdıq ki, sonadək onu nəzarətdə saxlasın. Lakin futbolçumuz bunu bacarmadı. Rəqib oyunu həmin futbolçunun üzərində qurmuşdu. Qolu da həmin oyunçu vurdu”.

F.Xəlilov komandanın daxili arenaya köklənməli olduğu bildirib: “Komandamızı mübarizə apardığı, istəkli olduğu üçün təbrik edirəm. Bu futboldur. Biz hər şeyə - qələbəyə də, məğlubiyyətə də hazır idik. Mərhələni keçsəydik, daha yaxşı olardı. Futbolçulara da dedim ki, məğlubiyyəti unudub, ölkə çempionatına köklənməliyik. Gələn il eyni hissi yaşamaq üçün yenə çempion olmaq vacibdir”.

Qeyd edək ki, ilk oyunda 1:1 hesablı heç-heçəyə nail olan “Qəbələ” avrokubokda mübarizəni dayandırıb.

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› “600 min pul alıb, bunun oynamağına bax”
Son xəbərlər
Bütün xəbərlər »