Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial Tədqiqatlar Mərkəzi xalqın səsini yuxarı çatdırırmı?

Bu ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim etmək məqsədi ilə Sosial Tədqiqatlar Mərkəzi yaradıldı və millət vəkili Zahid Oruc mərkəzin İdarə Heyətinin sədri seçildi.

Bəs yaradıldıqdan sonra bu mərkəz gözləntiləri həyata keçirdimi? Ən əsası da hər sadə azərbaycanlını maraqlandıran bir sual var. Aşağıların həqiqətloərini yuxarılara olduğu kimi çatdırdı, yoxsa, yuyub, ütüləyib süzgəcdən keçirəndən sonra?

Mərkəzin idarə heyətinin sədri Zahid Oruc illik hesabat verərkən bildirib ki, ötən müddət ərzində bir neçə sorğu həyata keçirilib. Bunlar təhsil sahəsini, ölkədə aparılan sosial-iqtisadi islahatlarla bağlı sahəni əhatə edib. Qeyd edib ki, yalnız sosial-iqtisadi artımlarla deyil, burada antidevalvasiya qərarları da yer alıb. Eyni zamanda, şəhid ailələrini əhatə edən məsələlərlə bağlı da böyük işlər hazırlanıb. Zahid Oruc əlavə edib ki, Azərbaycanda din-dövlət münasibətləri və ən əsası məmur-vətəndaş münasibətləri araşdırılıb.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, toplanılan informasiya dövlət orqanlarına olduğu kimi çatdırılır.

“Prezident cəmiyyətin rəyini ədə edərkən müxtəlif mənbələrdən məlumat əldə edirdi. Bu mənbələr kəşfiyyat , hüquq mühafizə orqanları, internet media və s. ola bilər. Son zamanlar həyata keçirilən kadr islahatları preizdentin özünün təşəbbüsü ilə həyata keçirilib və o dəyişilklər ediləcəyinin anonsunu vermişdi. Biz mərkəz kimi dövlət başçısının həyata keçirdiyi islahatlara yardım edir, qapalı və açıq arayışlarla təmin edirik.Məlumatları bizim nizamnaməyə görə aidiyyətli dövlət qurumlarına çatdırırıq,- deyə o bildirib.

O ki, qaldı ictimai rəyin necə öyrənilməsinə, Əziz Əlibəylinin dediyinə görə, bu müxtəlif yollarla (evlərdə sosial sorğular, təsadüfi seçmə) həyata keçirilir.

Bu günə qədər Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları sizə hər hansı sorğu ilə müraciət edibmi?

İhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »