Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Azərbaycanın ÜTT-yə üzvlüyü tezləşdirilməlidir”- Monopoliyanın qarşısının alınması üçün

“Yeni struktur üçün mühim addımlardan biri də məhz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün tezləşdirilməsi olmalıdır”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı alim Vüqar Bayramov səsləndirib.

Vüqar Bayramov Vüqar Bayramov

“Azərbaycan bu təşkilatla 1997-ci ildən danışıqlar aparır. 22 ildir danışıqlar gedir amma nəticə yoxdur. Dəfələrlə ÜTT üzvülüyünün vacibliyini qeyd etmişik və ekonometrik qiymətləndirmə əsasında hökumətə təkliflər təqdim etmişik. Təəssüf ki, üzvlük istiqamətində real addımlar atılmayıb. Azərbaycan ÜTT-ə üzv olmasa qeyri-neft məhsullarımızın yeni bazarlara kütləvi çıxışı və eləcə də neftdən kənar sektora böyük məbləğdə sərmayə cəlb etmək də çətin olacaq. ÜTT şəffaflıq və azad rəqabət deməkdir. Aqrar və xidmət sektoruna neqativ təsirləri ilə bağlı deyilənlər isə sadəcə prosesi uzatmaq məqsədi daşıyırdı. Bu məsələlərə CESD dəfələrlər izahatlar gətirdiyindən yenidən detal müzakirə açmaq istəməzdik. 19 ildir bu təşkilata üzv olan Gürcüstanda bəyəm aqrar və bank sektoru məhv oldumu? Əksinə, Azərbaycan Gürcüstandan kənd təsərrüfatı məhsulları idxal edir və vətəndaşlarımızın bir hissəsi özlərinə Tbilisidə bank hesabı açıblar. Buna görə də, yeni təyinatlardan sonra bu məsələdə də yeni yanaşma nümayiş etdirilməsi çox vacibdir. MDB-də yalnız üç ölkə ÜTT-ə üzv deyil: Azərbaycan, Belarus və Türkmənistan. Belarus və Türkmənistanın olduğu siyahını tərk etməyin zamanı deyilmi?”- deyə Vüqar Bayramov bildirib.

Qeyd edək ki, ÜTT-yə qəbul mürəkkəb prosedurdur. Bu 22 il ərzində ərzində Azərbaycanın ÜTT-yə üzv olması məqsədilə 21 dövlətlə ikitərəfli danışıqlar aparılıb:

Bu proses üç ildən 15 ilədək çəkə bilər. Lakin təşkilata üzvlüyün ləngiməsinin səbəbi həm də ölkəmizin buna maraq göstərməməsidir.

Bu günə qədər əsas kimi, quruma üzvlüyün müsbət tərəfləri olduğu kimi, mənfi tərəflərinin olduğu irəli sürülür.

Ekspertlərin rəylərinə görə, biz yalnız ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını lazım ola biləcək səviyyəyə qədər inkişaf etdirdikdən sonra bu təşkilata üzv ola bilərik. ÜTT-yə üzvlük niyə vacibidir? Çünki hazırda beynəlxalq ticarətin 95 faizə qədəri ÜTT-yə üzv ölkələrin payına düşür:

ÜTT-nin başlıca məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, ədalətli rəqabət şəraitinin təminatı və beləliklə də, iqtisadi inkişafın, eyni zamanda, insanların həyat səviyyəsinin yüksəldilməsidir.Quruma qəbul zamanı ölkələrin statusu fərqləndirilir və bəzi şərtlər bu statusla əlaqələndirilir. Bu şərtlərə, əsasən, tarif güzəştlərinə keçid dövrü və kənd təsərrüfatında ixraca subsidiyaların həcmi daxildir.

ÜTT-yə üzvlük şəraitində liberal iqtisadi siyasətin həyata keçirilməsi monopolistlər üçün sərfəli deyil:

İri şirkətlərin çoxunun fəaliyyəti beynəlxalq, müasir standartlara uyğun deyil. Sadəcə, indiki şərtlərdə bazarda böyük paya sahib ola biliblər. Rəqabətli mühit yarandıqda onların bir çoxu sırada çıxacaq. Bu kimi məqamlar ÜTT-yə üzvlüyü bu günə qədər yubadıb.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
Son xəbərlər
Bütün xəbərlər »