Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN: Qoşulmama Hərəkatının Bakı Sammiti vacib hadisədir

“Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşü vacib hadisədir”.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin "Vestnik Kavkaza"ya açıqlamasında deyib.

“Hesab edirik ki, Qoşulmama Hərəkatının Bakı sammiti vacib hadisədir. Biz bu sammitin qonaqlarıyıq. Sammitdə Rusiya nümayəndə heyəti iştirak edəcək. Eyni zamanda, sammitə BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo da qatılacaq. Sammitin gündəliyi böyük və ciddidir. Yekun bəyanat hazırlanır. Bildiyim qədər, Dağlıq Qarabağ münaqişəsi gündəlikdə yer alan məsələlərdən biridir”, - deyə S. Verşinin qeyd edib.

Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 25-26 oktyabr tarixlərində keçiriləcək.(apa)

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› Gələn aydan Ermənistan Xankəndi sakinlərinə yardımı dayandırır
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› "Televizorda özünü görüb soruşdu ki, bu aktyorun adı nədir..."
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
Son xəbərlər
Bütün xəbərlər »