Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspertdən nazir Ramin Quluzadəyə qarşı iddia: “Dövlət Agentliyinin qərarını icra etmir”

İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qəbul etdiyi qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi icra etmədi.

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Osman Gündüz

O.Gündüz xatırladıb ki, özəl provayderlərin müraciəti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) inhisarçı elan olunub və nazirlikdən özəl provayderlər üçün rabitə quyularının ağzının açılması tələb olunub: “Amma Dövlət Agentli nazirliyə bu qərarını indiyədək icra etdirə bilməyib. Artıq elə rayonlar var ki heç bir özəl provayder orada qalmayıb. Bir anda özəl provayderlərin on minlərlə müştərisi dövlət provayderlərinə keçirilir. Özəl provayderlər üçün qeyri-bərabər şərait yaradılır, dövlətə məxsus rabitə resurslarndan yalnız dövlət provayderlərinə istifadə imkanları yaradılır. Telekommunikasiya sektorunda dövlət operatorlarının üstün mövqeyi və dövlətə məxsus rabitə resurslarından üstün istifadə haqqı özəl provayderlərin addım-addım sıradan çıxarılması ilə nəticələnib”.

Ekspert deyib ki, real vəziyyət onu göstərir ki ötən ilin aprelində yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabətin və istehlakçıların hüquqlarının və qanuni maraqlarının pozulmasının qarşısnı ala bilmədi: “Ona görə də Prezident ötən gün imzaladığı fərmanla bu qurumu köhnə statusuna qaytardı və yeni təyin olunan nazirə bu sahədə ciddi addımların atılması üçün tapşırıq verdi”.

Ekspertin iddiası ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlovadan açıqlama almaq mümkün olumayıb.

Ramid İbrahimov, Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
Son xəbərlər
Bütün xəbərlər »