Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ordu komandanları YPG lideri, general Mazlumla danışıblar

Türkiyənin terrorçu hesab etdiyi və başına milyonlarla dollar pul qoyduğu YPG lideri, özünü general adlandıran Mazlum Kobaniyə ABŞ-ın ardınca Rusiya da sahib çıxıb. Soçidə prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 22-də aparılan gərgin danışıqlar nəticəsində əldə edilmiş Suriya anlaşmasının ardınca Rusiya ordu komandanlığı general Mazlumla telekonfrans yolu ilə müzakirələr aparıb.

Bizimyol.info xəbər verir ki, Rusiya müdafiə naziri, general-polkovnik Sergey Şoyqu, Baş qrargahın rəisi, general-polkovnik Valeri Gerasimov və digər generalların iştirak etdiyi müzakirələr zamanı Soçi anlaşmasında kürd tərəfinin üzərinə düşən öhdəliklər barədə danışıldığı bildirilir. Bu haqda Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada yer alır.

Kod adı “Mazlum Kobani” olan YPG lideri Ferhat Abdi Şirin isə Rusiya prezidenti Vladimir Putinə “kürd xalqının təhlükəsizliyinin təmin edilməsi və müharibənin sona çatdırılması yönündə atdığı addımlara” görə təşəkkürünü çatdırıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Mazlum Kobanini Vaşinqtona dəvət etmişdi. Tramp bu haqda Twitter-də yazıb. “General Mazlum, nəzakətli sözləriniz və cəsarətiniz üçün təşəkkür edirəm. Buyurub ən səmimi arzularımı kürd xalqına çatdırın. Sənilə yaxın zamanda görüşməyi səbrsizliklə gözləyirəm”,-Tramp yazıb.

Oktyabrın əvvəllərində isə Türkiyə Suriyanın şimalında “Barış pınarı” əməliyyatına başlayanda Tramp general Mazlumla telefon danışığı aparmışdı və onun Türkiyə ilə anlaşma şərtləri barədə məktubunun bir nüsxəsini Ərdoğana göndərmişdi.(virtualaz.org)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »