Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevinc Abbasova bu gün son söz deyəcək - Video

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilir.

Bizimyol.info xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə S.Abbasovanın vəkili Sadiq Bağırov çıxış edəcək, daha sonra prosedura uyğun olaraq Sevinc Abbasova son söz demək təklif olunacaq.

S. Abbasova prosesdən öncə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, əgər ona son söz versələr, bu hüququndan istifadə edəcək.

Bunun ardınca məhkəmə hökm oxumaq üçün müşavirəyə çıxacaq. Lakin hökmün bu gün, yoxsa başqa günlərdə elan ediləcəyi hələlik bəlli deyil. Buna hakim müşavirədə qərar verəcək.

Qeyd edək ki, S. Abbasova hazırda ev dustaqlığındadır və onun ev dustaqlığında keçirdiyi hər gün həbsə bərabər sayılır. Bir həbs günü isə azadlığın məhdudlaşdırılmasında keçirilən iki günə bərabərdir. Ona görə də Sevinc Abbasovanın hazırda məhkəməsinin uzanması onun hökmdə alacağı cəzanı daha da yüngülləşəcəyi deməkdir.(qafqazinfo)

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Canlı yayımda intihar cəhdi - Video
Son xəbərlər
Bütün xəbərlər »