Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elman Rüstəmovun da istefa verməsi barədə xəbər yayıldı

Azərbaycanda 24 ildir ki, Mərkəzi Bankın sədri olan Elman Rüstəmov vəzifəsindən istefa verib. Bizimyol.info xəbər ki, bu barədə mənbə olan “BakuPost” yazır.

Elman Rüstəmovun artıq kollektivlə vidalaşıb. Yaxın günlərdə Elman Rüstəmovun vəzifədən azad edilməsi və onun yerinə təyinat edilməsi ilə bağlı Milli Məcilisin toplanacağı gözlənilir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı

Qeyd edək ki, Elman Rüstəmovun Baş nazirin müavini vəzifəsinə təyin olunacağı ehtimal edilir.

Elman Rüstəmov haqqında

Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur.

1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır.

P.S. Qeyd edək ki, hələlik xəbər rəsmi qaydada təsdiqlənməyib.

Son xəbərlər
Bütün xəbərlər »