Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Avtobus sürücülərindən 250 manat günlük plan tələb edilir”- BNA-ya qarşı şok iddia

“Bakı Nəqliyyat Agentliyi xahiş edirəm az bu marşurt xəttlərindən qanunsuz pul alın. Bir istiqamətə xəttləri az qala monopoliyaya alıblar. Mən 30 dəqiqədən çox niyə marşurt gözləməliyəm”.

Bizimyol.info xəbər verir ki, bu barədə OBA marketlər şəbəkəsinin məsul əməkdaşı Elvin Babayev bildirib.

O, deyib ki, Bakı Nəqliyyat Agentliyinə edilən müraciətlər isə cavabsız qalıb: “Dövlət başçısı sizə buna görə etimad göstərib? Sizə görə sərnişinlər hər gün işə gələndə və evə gələndə stress keçirib günahı hökumətdə axtarmalıdır. İnsan kimi rəhbərlərinizə müraciət edəndə cavabsız qalır. Prezident sahibkarların yanındadır, amma siz onlardan aldıqlarınıza görə xətti inkişaf etdirə bilmirlər. İnsanlar qapıdan sallanaraq həyatlarını təhlükəyə atırlar. Plan doldurmaq üçün gec-gec gəlirlər. Bəs plan üçün yığılan pullar kimə gedir? Avtobus sürücülərindən 200-250 manat günlük plan tələb edilir. Dayanacaqlara quraşdırılan monitorlar işləmir. Onlar axı büdcə pulları ilə alınıb”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, Agentliyə marşrut şəbəkəsində olan problemlər məlumdur: “Və buna görə biz də ciddi narahatıq. Problemin həll olunması üçün iş gedir”.

Bizimyol.info

BNA - ya qarşı iddia

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Bakı gözəl şəhərdir, amma pulu olanlara
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »