Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üzərinə 447 ədəd brilyant qaş düzülmüş "Heydər Əliyev" ordeni bu günə qədər kimlərə verilib

"Heydər Əliyev" ordeni — 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifidir. Təsis edildiyi vaxt "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarət olub. 3 fevral 2014-cü il tarixli dəyişikliklərdən sonra ordenə döş nişanı da əlavə edilib.

"Heydər Əliyev" ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur. Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanıb. Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur.

Ordenin hazırlanmasında istifadə olunmuş qiymətli metalların və qiymətli daşların çəkisi (texnoloji proses zamanı yarana biləcək fərqlər nəzərə alınmaqla) və miqdarı ordenin əmtəə sertifikatında göstərilir. Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır.

Ordenin zənciri müəyyən qaydada düzülmüş on beş elementdən ibarətdir. Həmin r elementlər 112 brilyant daşla bəzədilmiş lövhəciklər (hərəsində 7 brilyant daş olmaqla 16 lövhəcik) vasitəsilə geniş zəncirə birləşir.

3 fevral 2014-cü ilə qədər ordenin hazırlanmasında 525 əyarlı 533,29 qram gümüşdən, 999 əyarlı 3,89 qram gümüşdən, 750 əyarlı 57,42 qram qızıldan, 999 əyarlı 6,42 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,34 karatlıq 224 brilyant daşdan, cəmi 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunmuşdur. Həmin tarixdən ordenin təsvirində dəyişikliklər edilib.

heydər əliyev ordeni

İlk dəfə bu orden Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib. Azərbaycanda bu mükafata I vitse-prezident Mehriban Əliyeva, Arif Məlikov, Zeynəb Xanlarova, Allahşükür Paşazadə, Ömər Eldarov, Xöşbəxt Yusifzadə, Tahir Salahov layiq görülüblər.

Xarici dövlət xadimlərindən bu mükafata İhsan Əli Paşa oğlu Doğramacı, Jak Şirak, Mstislav Leopoldoviç Rostropoviç, Viktor Andreyeviç Yuşşenko, Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Lex Kaçinski, Valdis Zatlers, Trayan Besesku, Georgi Pırvanov, Emoməli Rəhmon, Abdullah Gül, Viktor Yanukoviç, Rəcəb Tayyib Ərdoğan, Aleksandr Lukaşenko, Nursultan Nazarbayev, Sercio Mattarella layiq görülüblər.

"Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakı hallarda verilir:

1.1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;

1.2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.

2. "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.

"Heydər Əliyev" ordeni əcnəbilərə aşağıdakı hallarda verilir:

3.1. Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;

3.2. Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

3.3. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.

5. "Heydər Əliyev" ordeninin ulduzu döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan əvvəl taxılır.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »