Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məmurların insanları qorxu altında saxlaması, şantaj etməsi dövlətçiliyə zərbədir” - Açıqlama

“Prezident reallıqdan çıxış edərək ümumi inkişafa mane olan, dövlətin əsas iqtisadi dayaqları hesab olunan, sahibkarlığın inkişafının qarşısının məmurlar tərəfindən alınması, qanunsuz himayədarlıq,öz işlərini qurmağa imkan tapmamış çoxsaylı problemlərin süni şəkildə yaradılması faktlarının aradan qaldırılması barədə ciddi tapşırıqlar vermişdir”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib: “Mən indiki dövrü şərti olaraq postneft dövrü adlandırardım. Ona görə yox ki, neftimiz tükənir, əksinə, kifayət qədərdir. Ancaq biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq - bu fikirləri prezident İlham Əliyev Mikayıl Cabbarovu iqtisadiyyat naziri təyin edərkən səsləndirib və dayanıqlı inkişafın təmin olunması üçün islahatların dərinləşdirilməsi, ÜDM-in strukturunda qeyri-neft sektorunun artım tempinin təmin olunması istiqamətində strategiyanı müəyyənləşdirib.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Prezident reallıqdan çıxış edərək ümumi inkişafa mane olan, dövlətin əsas iqtisadi dayaqları hesab olunan, sahibkarlığın inkişafının qarşısının məmurlar tərəfindən alınması, qanunsuz himayədarlıq, öz işlərini qurmağa imkan tapmamış çoxsaylı problemlərin süni şəkildə yaradılması faktlarının aradan qaldırılması barədə ciddi tapşırıqlar vermişdir.

Hər kəsə bəllidir ki, bu neqativ hallar subyektiv xarakter daşıyır və bilavasitə dövlət idarə etmə sisteminə təsadüfən düşmüş qeyri peşəkar,şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan məmurlar tərəfindən edilir. Təəsüf ki, iyirmi birinci əsrdə, rəhbərlik etdiy kollektivlərdə və yaxud inzibati ərazilərdə çalışan insanları qorxu altında saxlamaq, şantaj etmək, hər addımda hüquqlarını pozmaq və bundan maniyakal şəkildə zövq almaq bəzi məmurların həyat kredosuna çevrilib. Belə davranışlarla, bu tipli, özünəvurğunlar, təmsil etdikləri komandaya, dövlətçiliyə olduqca böyük zərbə vururlar.

Cənab Prezidentin, kadr islahatlarının aparılmasının vacibliyi, ümumi inkişafa mane olan məmurların cəzalandırılması barədə fikirləri, xalqımız tərəfindən çox yüksək qarşılandı. Müasir dövrün tələblərinə cavab verməyən kadrların, gənc, kreativ, müsbət ictimai imicə malik mütəxəssislərlə əvəz olunması zamanın tələbidir.

2020-ci ildə sosial rifah halının daha da yaxşılacağı, minimum əmək haqqları, pensiya və müavinətlərin, orta aylıq maaşların artacağı ilə bağlı Prezidentin verdiyi mesajlar da xalqın ürəyincə oldu və gələcəyə inamı daha da artırdı”.

Millət vəkili həmvətənlərimizi prezidentə dəstək olmağa çağırıb.

“Ortada Azərbaycanı daha da sürətli inkişaf etdirəcək siyasi iradə vardır və bu siyasi iradənin real həyata keçməsi üçün hər birimiz Prezident İlham Əliyevə dəstək verməli, ictimai-siyasi sabitliyi qoruyaraq, onu daxili və xarici təzyiqlərdən müdafiə etməliyik”.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »