Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ramiz Mehdiyev və onun mühafizəkar ətrafı getməliydi" - Açıqlama

Bir çox politoloqlar mitinlərdən sonra Pamiz Mehdiyev də daxil olmaqla yüksək vəzifəli məmurların vəzifdən azad edilməsini hakimiyyətin Qərbə jesti kimi dəyərləndrir və bunu müxalifətin qələbəsi kimi təqdim edirlər. Elə müxalifət özü də bu fikirdədir. Bəs hakimiyyət nə düşünür?

Bizimyol. info-nun bu sualını politoloq Elşən Manafov cavablandırır.

Elşən Manafov Elşən Manafov

“İslahatların həyata keçirilməsi müxalifətin aksiyaları ilə bağlı deyil. İsahatlar hakim komandanın zaman- zaman həyata keçirdiyi labüd addımlardır və cəmiyytin sosial sifarişləri əsasında həyata keçirilir. Bunu prezident mitinqdən öncə də öz çıxışında qeyd etmiş, gənc, enerjili və müasir çağırışlara cavab verən kadrların gətiriləcəyini qeyd etmişdi. Prezident islahatların həyata keçirilməsinə mane olan qüvvələrin varlığını da qeyd etmişdi. Hakimiyyətdə müxtəlif qanadlar var. İslahatlar onların içərisndəki mühafizəkar qanadın konyuktiv maraqlarına cavab vermirdi. Onlardan bir çoxu prezidentin çağırışı ilə özləri istefaya getdilər. Mən bu istefaları kifayət qədər rezonans doğurmamış mitinqlə əlaqələndirməzdim. Yadınızdadırsa, yanvar ayında da mitinq baş vermişdi və o zaman prezidentin maaşların artırılması barədə sərəncamlarını Milli Şura öz qələbəsi kimi qiymətləndirdi, onlar mitinqin iqtidara 3 milyarda manata başa gəldiyini dedilər. Halbuki ondan xeyli əvvəl büdcədən bu məqsədlərlə vəsait ayrılmışdı.

Mühafizəkar düşüncə tərzinə malik insanlar getməlidirlər. Hərçənd onların böyük idarəçilik qabiliyyəti var. Mühafizəkarlar dedikdə Ramiz Mehdiyev və onun ətrafı nəzərdə tutulur.

Ramiz Mehdiyev Ramiz Mehdiyev

Bəzi məmurların Rusiyaya meyilliliyi dövlət başçısının diqqətindən yayınmırdı. Ona grə prezident özü də qeyd etdi ki bu ölkənin milli maraqlarına söykənən bir islahat idi, belə insanların hakimiyyətdən uzaqlaşdırılması milli maraqlara əsaslanırdı. Bu balanslaşdırılmış siyasət deyildi. İri ranqlı məmurların Rusiyaya meylli olması xalqın prioritetlərinə cavab vermirdi. Ona görə prezidentin bu addımları atması müsbət qiymətləndirilməlidir. Ramiz Mehdiyevin tam olaraq uzaqlaşdırılmaması, Təhükəsizlik Şurasında yer alması barədə fkirlərə isə onu deyərdim ki, Ramiz Mehdiyev böyük nüfuzu və böyük siyasi, idarəçilik təcrübəsi olan insandır. Onun fikirlərindən istifadə edilməlidir. Ramiz Mehdiyev Heydər Əliyevin silahdaşlarından biri idi, onun Azərbaycan dövlətçiliyinin formalaşmasında da rolu olub və buna görə onun fəaliyyəti qiymətləndirilməliydi.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »