Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni mətbuatı Paşinyan barəsində: Xalqın baş naziri daha xalqın yanında deyil

Erməni mətbuatında belə bir məqalə çıxıb: “Xalqın baş naziri daha xalqın yanında deyil”. Paşinyan xalqdan gizlin nazirlərin maaşlarını iki dəfə artırıb.

Bu sözləri BDU-nun Tarix fakültəsinin erməni araşdırmaları ETL-nın böyük elmi işçisi İsmayıl Tanrıverdi öz “Facebook” hesabında yazıb.

O, sözlərinə belə davam edib:

“Məqalədə qeyd olunur ki, bir zamanlar qapı-qapı gəzərək xalqdan dəstək gözləyən, onlardan səs istəyən, xalqın yanında olacağına söz verən N.Paşinyanın öz vədlərinə əməl etmədiyi artıq gün kimi aydın oldu.

Belə ki, il yarımdır ki, baş nazir olan Paşinyan sadə xalqın və müəllimlərin maaşını cəmi bir dəfə 10 % artırsa da, özünün, bütün nazirlərin və nazir müavinlərinin maaşlarını artıq bir neçə aydır ki, xalqdan gizli olaraq iki dəfə artırıb.

Neçə aydır ki, nazirlər artıq bir milyon 500 min dram (təxminən 3.125 dollar – red.) maaş alırlar və bu artımın gizli olaraq baş nazir Paşinyan tərəfindən imzalanması haqlı olaraq xalqın böyük narazılığına səbəb olub”. (Oxu.az)

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »