Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolçu qadınlar etiraz aksiyasına çıxır

İspaniyada 200-dən çox futbolçu qadın etiraz aksiyası keçirmək qərarına gəlib. Onlar iş saatının azaldılmasına qarşı çıxırlar.

Bizimyol.info xəbər verir ki, etiraz aksiyası noyabrda başlayacaq. Qadın futbolçular Madriddə görüşərək ortaq qərar qəbul ediblər. Əsas tələb həftəlik iş saatının 30-dan az olmamasıdır. Klublar 20 saatlıq iş rejimi təklif edir.

Məsələ ondadır ki, iş saatı az olduqca qazanc da kiçilir. 30 saatlıq iş rejimi hər futbolçuya ayda minimum 16 min avro qazanmağa imkan verir.

Futbolçular xeyli güzəştə gedib. Bundan əvvəl 40 saatlıq rejimdən söhbət gedirdi.

“Atletik”in və İspaniya milli komandasının qapıçısı Aynoa Tirapu bildirir ki, klublarla indiyə qədər baş tutan 18 görüş heç bir müsbət nəticə gətirməyib: “Biz özümüzü tamhüquqlu futbolçu sayılırıq. Bəzi futbolçuların klublarla hətta 12 saatlıq müqaviləsi var. Məsələ pulda yox, bizim haqlarımızdadır. Ümid edirəm ki, razılığa gələcəyik. Bu, qadın futbolu üçün vacib məqamdır. Bizdən də çox, gələcək futbolçular üçün addım atırıq”.

Klublar futbolçuların təklifi ilə razılaşmaq fikrində deyil.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Bakı gözəl şəhərdir, amma pulu olanlara
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »