Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stressə meylli qadınlar daha çox qız dünyaya gətirir

“Qadının hamiləlik vaxtı stress yaşaması çox fəsadlara gətirib çıxara bilər. Bu həm də qız uşaqlarının doğumunun sayını artırır”, - Almaniyanın “Süddeutsche Zeitung” qəzeti belə yazıb.

Bizimyol.info xəbər verir ki, Kolumbiya Universitetindən olan psixoloq Ketrin Monkun araşdırması stressə meylli qadınların daha çox qız dünyaya gətirməsi ehtimalını ortaya çıxarıb. Monk tədqiqat zamanı 18-45 yaş arası 187 qadına müraciət edib. Onlar mütəmadi müayinədən keçir, gündəlik həyatlarıyla bağlı qeydlər qoyurdular. Nəticələr çox maraqlı məsələləri üzə çıxarıb.

Daha çox stress yaşayanların əksərində vaxtından əvvəl doğuş müşahidə edilib. Yalnız 22 faizi hamiləliyin 37-ci ayına qədər dözməyi bacarıb.

Müəyyən mənada sağlam həyat sürən qadınların 56 faizi dünyaya oğlan uşağı gətirib. Stressə meylli qadınlarda bu faiz 40 olub.

Mütəxəssislər bunu kişi və qadın embrionlarındakı fərqlə izah edir. Kişi embrionları daha həssasdır. Qadının bətnində vəziyyət yaxşı deyilsə, tələf olmaq ehtimalı artır.

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »