Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramiz Mehdiyev: "Son 16 ildə Azərbaycan modernləşərək yeni bir keyfiyyət mərhələsinə qədəm qoydu"

"Son 16 il ərzində Azərbaycan Sizin rəhbərliyinizlə modernləşərək yeni bir keyfiyyət mərhələsinə qədəm qoydu. Ölkənin siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək kökündən dəyişdi. Bu da Azərbaycan xalqının həyat səviyyəsini yüksəltdi, onun problemlərinin böyük qismini həll etdi və dövlətlə xalqı vahid bir platformada birləşdirdi".

Bu fikirləri Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən deyib.

"Sizin nümayiş etdirdiyiniz praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma ölkəmizin milli maraqlarının təmin olunmasında önəmli rol oynamış və onun müasir inkişafını təmin etmişdir. Dövlətin idarə olunmasında, milli maraqların qorunmasında nümayiş etdirdiyiniz uzaqgörənlik, prinsipiallıq, daxili siyasətdə təlqin etdiyiniz yüksək idarəçilik, ciddi və humanist yanaşma bir siyasətçi olaraq Sizin həm siyasətinizi, həm də şəxsiyyətinizi xarakterizə edən ali keyfiyyətlərdir. Biz dünya tarixində öz dəstxəti ilə dərin iz buraxmış məşhur dövlət başçılarının simasında müşahidə etdiyimiz bütün əsas və ən yüksək keyfiyyətləri bu 16 il müddətində, möhtərəm cənab Prezident, Sizdə müşahidə etmişik. Tarix elə gətirdi ki, üçüncü minilliyin başlanğıcında Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətini idarə etmək və gələcəyə aparmaq Sizə nəsib oldu", - deyə Ramiz Mehdiyev bildirib. (Report.az)

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »