Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda fizika müəllimi işləyən FETÖ-çuya həbs cəzası

Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı açılan cinayət işinin istintaqı zamanı saxlanılan təşkilatın Azərbaycandakı məktəblərindən birində fizika müəllimi işləmiş Uğur Yıldıza həbs cəzası verilib.

Kayseridə FETÖ-yə məxsus GESİAD dərnəyində çalışması iddiasıyla tutulan U. Yıldız Ağır Ceza Məhkəməsində 6 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs məhkəmədəvəkili iləbirgə iştirak edib və ona qarşı qaldırılan ittihamları rədd edib: “Mən təxminən 7 il Azərbaycanda fizika müəllimi işləmişəm. Türkiyəyə qayıtdıqdan sonra GESİAD-da işləməyə başladım. Şaban K. adlı şəxs kompüterə “by lock” adlı proqram yükləyib oradan mənə tarix və saatla bağlı məlumat verirdi. Mən çörək dalınca düşmüşdüm, təşkilatın fəaliyyətinə qatılmırdım. 15 iyul hadisələrindən sonra isə maddi imkansızlıq səbəbindən ailəmin yanına döndüm. İşdəykən polis tərəfindən saxlanıldım. Digər təşkilata isə xəbərim olmadan qoşublar. Bəraət istəyirəm”, - deyə bildirib.

Prokuror təqsirləndirilən şəxsin “silahlı terror təşkilatına üzv olması” səbəbindən cəzalandırılmasını istəyib. Məhkəmə müttəhim Uğur Y.-ni silahlı terror təşkilatına üzv olduğuna görə 6 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edib. (Virtualaz.org)

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »