Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanin populyar teleaparıcısı: “Vladimir Putin özünə varis axtarır”

Rusiyanın hakim rejimə yaxın populyar teleaparıcısı, “Rossiya segodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov prezident Vladimir Putinin öz yerinə varis axtarışında olduğunu söyləyib.

Xəbər verir ki, o, bu barədə Moskva Dpvlət Universitetinin Jurnalistika fakultəsinin 1-ci kurs tələbələri qarşısında çıxış edərkən bildirib.

Putinpərəst jurnalistin fikrincə, istənilən məsuliyyət duyğusunu daşıyan siyasətçi hakimiyyətin irsiliyini təmin etməlidir və bu səbəbdən Rusiya lideri hazırda həmin məsələ üzərində çalışır.

“Vladimir Putin özü həmin problemlə əlaqədar səhərdən axşama kimi düşündüyünü söyləyib”,-deyə Dmitri Kiselyov qeyd edib.

Siyasi analitik bu cür praktikanın “ümumdünya ənənəsi xarakteri daşıdığını” bildirib.

Nümunə olaraq o, Emmanuel Makronu dəstəkləyən Fransua Ollandı, Hillari Klintonun seçilməsi üçün çalışan Barak Obamanı göstərib. (Musavat.com)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »