Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Afrika ölkələrinin 20 milyard dollar borcunu silib

Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən “Rusiya - Afrika” forumunda qara qitə ilə bağlı gördükləri işdən danışıb.

O, hakimiyyəti dövründə Afrika ölkələrinin 20 milyard dollara qədər borcunu sildiklərini bildirib.

Bizimyol.info xəbər verir ki, Rusiya müstəqillik dövründə ümumilikdə xarici dövlətlərin 140 milyard dollar borcunun üstündən xətt çəkib. Putin məbləğin 20 milyard dollarının Afrika ölkələrinin payına düşdüyünü söyləyib.

Rusiya axırıncı dəfə Efiopiyaya qarşı belə davranmışdı. Onda Afrika ölkəsinin 163,6 milyon dollar borcu bağışlanmışdı.

Rusiya müstəqillik dövründə həm də SSRİ-nin borclarını ödəmək məcburiyyətində qalıb. Son dəfə 2017-ci ildə Bosniya və Herseqovinaya 125,2 milyon dollar verilmişdi. Bununla da SSRİ-nin borclarına son qoyulmuşdu.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »