Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nazirlər yenilənməlidir” - Açıqlama

“Yeni baş nazirin təyin edilməsindən sonra iki baş naziri müavininin vəzifəsindən vəzifəsindən uzaqlaşdırlması, Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi, digər mərkəzi icra hakimiyyəti qurumlarının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi aparılacaq struktur islahatlarının tərkib hissəsidir”.

Bu barədə Bizimyol.info-ya keçmiş maliyyə naziri Fikrət Yusifov hökumətdə aparılan struktur və kadr dəyişikliklərini şərh edərkən bildirib.

F.Yusifov deyir ki, struktur və kadr dəyişiklikləri davam edəcək: “Dəyişikliklər davam edəcək. Kadrların yenilənməsi aparılacaq, çevik struktur formalaşdırmaq üçün bu sahədə də dəyişikliklər davamlı olacaq. Oktyabrın 15-də Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə də bildirildi ki, qəbul edilən qərarlar nəticəyə adekvat deyil”.

Keçmiş maliyyə naziri bildirib ki, gözləntilərin nəticəyə uyğun olmamasına səbəb nazirlərin bacarıqsızlığı, az məhsuldar olması, lazımi effekt verməməsidir: “Kadrlar hər şeyi həll edir. Prezident də bu prinsipə söykənərək kadr islahatı aparır”.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »