Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşdən çıxarılan Ramiz Mehdiyevlə bağlı daha bir sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilən Ramiz Mehdiyevlə bağlı daha bir sərəncam imzalanıb. Sərəncama əsasən, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasına üzv təyin edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

İlham Əliyev İlham Əliyev

Bizimyol.info xəbər verir ki, bununla bağlı Azərtac məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib.

Xatırladaq ki, başqa bir sərəncamla Ramiz Mehdiyev "Heydər Əliyev" ordeni ilə təltif edilib.

Son xəbərlər
Bütün xəbərlər »