Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Struktur və kadr dəyişiklikləri davam etməlidir” - Deputatdan açıqlama

“Dövlət başçısı yeni hökumət qarşısında ciddi vəzifələr qoyub. Bu vəzifələrə qeyri-neft sektorunun inkişafı, kölgə iqtisaduyyatının aradan qaldırılması, bazarda rqabət mühitinin təmin edilməsi, inhisarçılığın və monopiliyanın aradan qaldırılması məsələləri daxildir”.

Bu barədə Bizimyol.info-ya Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi qərarını şərh edərkən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Vahid-ehmedov m-dov

Deputatın sözlərinə görə, təyinatlarda əsas məsələ kadr məsələsidir: “Təyinatlarda əsas məsələ kim rəhbər təyin olunacaq məsələsidir. Yeni İqtisadiyyat naziri Mikayıl Cabbarov infromatrdır. Düşünürəm o üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək”.

V.Əhmədov bildirib ki, struktur və kadr dəyişiklikləri davam etməlidir: “Ləğv olunmalı və ya birləşdirilməli qurumlar var. Ad çəkmək fikrində deyiləm, amma deyim ki dəyişikliklər gedir. Nazirlər Kabinetində və digər qurumlarda dəyişikliklər gedir. Biz çevik hökumət qurmalıyıq ki müasir tələblərə cavab versin”.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »