Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kommunal xidmətlər özəlləşdiriləcək, evlərin sənədləşməsi sürətlənəcək" - Açıqlama

Bu gün dövlət başçısının fərmanı ilə İqtisadiyyat Nazirliyinin səlahiyyətləri genişləndirildi.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Bəs bu addımlar sadə xalqa necə təsir edəcək. Nələri gözləyək?

Natiq Cəfərli Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya verdiyi açıqlamada bu qərarları müsbət addım kimi dəyərləndirib və bildirib ki, yaxın zamanlarda Azərbcaycanda kommunal xidmətlər özəlləşdiriləcək.

“Kommunal xidmətlərdə qeyri effektiv idarəetmə var və bu sahə korrupsiya faktlarının ən bol olduğu sahədir. Dövlət büdcəsi üzərində ən böyük yük də kommunal xidmətlər sahəsindən gəlir. Keyfiyyətli xidmətdə də problem var. Tipik müqavilələrdə məsuliyyət vətəndaşın üzərindədir. İndiki şəraitdə hər hansı qaz, işıq və su kəsintisinə görə vətəndaşa kompensasiya ödənilmir. Kommunal xidmətlər özəlləşdirilsə, vətəndaşla yanaşı təchizatçının da öhdəliyi yaranacaq. Bu gün siz istənilən dövlət qurumunu məhkəməyə versəniz, udmazsınız. Amma özəl şirkət yaxşı xidmət göstərməzsə, məhkəməyə versəniz, uda bilərsiniz. Lakin bir məsələ var. Qiymətin tənzimlənməsi. Çünki özəl şirkətlər qiymətləri kəskin qaldıra bilərlər. Bu da böyük narazılığa səbəb olar. Ona görə dövlət qiymətə nəzarəti öz üzərinə götürməlidir”.

Ekspert Əmlak Komitəsinin ləğvi ilə mənzillərin səndləşdirilməsi prosesinin nə yerdə qalacağı barədə sualımızı belə cavablandırdı: “Bu problem çoxdan həll olunmalıdır. Dünya təcrübəsində belə bir qayda var ki, hansısa mənzildə yaşayan insan illərlə kommunal xərcləri ödəyir, poçt ünvanı olaraq o mənzili göstərirsə, onun sənədinin verilməməsi anlaşılmazdır. Hesab edirəm ki, çox yaxınlarda bu məsələ də öz sürətli həllini tapacaq”.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »