Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poroşenko: Ukrayna Avropa İttifaqına üzvlüyə iddia edə bilər
Ukrayna gələcəkdə Avropa İttifaqına üzvlüyə iddia edə bilər. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Slovakiya ilə sərhəddə Avropa İttifaqı ilə vizasız rejimin qüvvəyə minməsi ilə əlaqədar keçirilən təntənəli tədbirdə Ukrayna prezidenti Petr Poroşenko bəyan edib.

P. Poroşenko deyib ki, Ukrayna islahatlar yolunda böyük irəliləyişlər əldə etdikcə onun və Ukrayna xalqının ölkənin gələcəkdə Avropa İttifaqına üzv olmasının zəruriliyi barədə arqumentləri artır: “Çünki Ukrayna Avropa ölkəsidir".

Qeyd edək ki, bu gündən başlayaraq Ukrayna vətəndaşları Şengen zonasına vizasız səyahət etməyə başlayıb. Ukraynalılar turist və sahibkar qismində, o cümlədən ailə məsələləri ilə əlaqədar 90 gün vizasız səyahət etmək hüququna malikdirlər. Ukrayna Dövlət Sərhəd Xidməti ilk saat ərzində 600 ukraynalının sərhədi keçdiyini açıqlayıb.

Sosial səhifələrdə paylaş

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »