Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vergilər Nazirliyi və Əmlak Komitəsi ləğv olundu

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

Bizimyol.info xəbər verir ki, fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Fərmanla müəyyən olunub ki, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

Fərmanda bildirilib ki, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirəcəklər.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Fərmanla İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib:

İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.

İqtisadiyyat Nazirliyinin regional bölmələri.

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.

***

Mikayıl Cabbarov Mikayıl Cabbarov

Xatırladaq ki, bu gün imzalanmış başqa bir sərəncama əsasən, bu günə qədər Vergilər naziri işləmiş Mikayıl Cabbarov İqtisadiyyat naziri vəaifəsinə təyin olunub.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »