Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Putinlə Ərdoğanın Suriyayla bağlı qərarından razı qalıb

İranin Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada aparılan hərbi əməliyyatlarla bağlı qəbul etdiyi qərardan razı qalıb.

Bizimyol.info-nun xarici mətbuata istinadən məlumatına görə, İranin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi ölkə başçılarının qəbul etdiyi qərardan razı qaldığını bəyan edib: "Ərazi bütünlüyünü qoruyub saxlayacaq və milli süvereniteti gücləndirəcək bütün qərarları xoş qarşılayırıq".

Xatırladaq ki, oktyabrın 22-si Türkiyə prezidenti Putinlə Suriyadakı böhranı müzakirə etmək üçün Soçiyə yola düşüb. 6 saatlıq danışıqlar nəticəsində Putin və Ərdoğan arasında memorandum imzalanıb. Memoranduma əsasən, hər iki ölkə Suriyanın şimal hissəsində təhlüləsiz zonalar yaradacaq.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu kürdlərin yaşayış məntəqəsi olan El-Qamışlının yaradılacaq "təhlükəsiz zona" bölgələrinə daxil olunmayacağını vurğulayıb.

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »