Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sakinlərin "Onkoloji xəstə olacağıq” iddiasına deputatdan açıqlama

70 illik yubileyi ilə keçirilən Sumqayıt şəhərinin bir qrup sakini şəhərin probemlərini ictimailəşdiriblər.

Bizimyol.info xəbər verir ki, şəhər sakini Kamal Almuradlı sözlərinə görə, Sumqayıtın havası günü-gündən insanların həyatı üçün təhlükəyə çevirilir: “Sumqayıt şəhərinin 70 illik yubileyi keçirilir. Hər yerə 70 il yazıblar. Çox gözəl, çox pakizə. Şəhərin yubileyinə hədiyyə nə bəzənməkdir, nə Muğam mərkəzidir, nə də Mənsumu, Təyyarı gətirib oxutdurmaqdır. Artıq uzun zamandır ki, şəhərin havası bərbad vəziyyətdədir. Buna səbəb isə neçə ildir ki, boğazımızı yırtaraq söylədiyimiz qanunsuz sexlər, Azərsunun vaxtı keçmiş yağların utelizasiyası mərkəzi, məişət tullantıları poliqonudur. Çox danışanda adımızı min bir yerə yozan bəzi şəxslər niyə anlamırsınız ki, bir müddətdən sonra şəhərdə məmə deyəndən pəpə deyənə qədər onkoloji xəstə olacaq. İnanın həmin vaxt, nə tikdiyiniz binalar nə də müğənnilərə tökdüyünüz pullar heç kimi xilas etməyəcək. Bu qədər müddətdir deyirik, yazırıq amma nə bir məsul şəxs, nə bir millət vəkili qabağa durmur”.

Məsələ ilə bağlı 42 saylı Sumqayıt 2-ci seçki dairəsindən Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, bu məsələ ilə bağlı əslində bir çox iş görülüb: “Avstriyalılar gəlib, qiymətləndirmə ediblər, təhlillər aprarılıb və s. Hökumətin hesabatında 2 dəfə mənim tərəfimdən müraciət ünvanlanıb, rəsmi məktub yazılıb. Layihənin dəyəri təqribən 80-90 milyon manatdır. Ola bilsin maliyyə mənbələrinə görə ləngiyir. Amma əminəm ki bu layihə olacaq”.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən açıqlama almaq mümkün olmayıb.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »