Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL endirim kampaniyasına start verib

"Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyasını elan edib.

Bizimyol.info xəbər verir ki, AZAL-dan verilən məlumata görə, 2019-cu il 23-31 oktyabr tarixləri aralığında aviabiletlərin uçuşdan 72 saat öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq (qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla göstərilib):

• Küveyt – 159 avro

• Antalya – 169 avro

• İstanbul – 179 avro

• Dubay – 179 avro

• Almatı – 189 avro

• Ankara – 189 avro

• Tel-Əviv – 229 avro

• Berlin – 269 avro

• Milan – 289 avro

• Paris – 299 avro

• Ciddə – 309 avro

• London – 389 avro

• Nyu-York – 439 avro

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilib.

Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir. Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.

Uçuşlar 2019-cu il 1 noyabr – 7 dekabr tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir. Reys çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək mümkündür. Aviabiletləri www.azal.az saytında, AZAL-ın kassalarında və şirkətin rəsmi agentliklərində əldə etmək olar.(apa)

Son xəbərlər
Bütün xəbərlər »