Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ilk dəfə 5G şəbəkəsinin sınaqları aparılacaq

Yaxın vaxtlarda Bakıda ilk dəfə olaraq 5G şəbəkəsinin sınaqları aparılacaq.

Bizimyol.info xəbər verir ki, bunu "APA-Economics"ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

Bildirilib ki, artıq bir həftədir Çinin “Huawei” şirkəti ilə belə bir eksperimental zona Heydər Əliyev mərkəzində yaradılıb.

"Hazırda bu şəbəkənin istismara verilməsi məqsədilə müvafiq qanunvericilik hazırlanır. Bu işlər hələ ilkin mərhələdədir. Paralel olaraq sahə üzrə mütəxəssislərlə müzakirələr aparılır. Belə ki, qurulacaq şəbəkə texnoloji nöqteyi-nəzərdən düzgün qurulmalıdır, çünki burada söhbət çoxlu sayda internetə qoşulacaq qurğulardan gedir ki, buna yanaşma tam fərqli olmalıdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 5G test şəbəkəsinin qurulması işləri Azərbaycanın mobil rabitə operatoru olan "Azercell Telekom" tərəfindən aparılıb.

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Atatürkə qarşı böyük hörmətsizlik
Son xəbərlər
Bütün xəbərlər »