Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan mühafizə xidmətinin rəisini işdən çıxardı

Ermənistan Milli Təhlükəsizlik Xidməti Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqori Ayrapetov sabiq prezident Robert Köçəryana qarşı ifadə verməkdən imtina etdiyi üçün vəzifəsindən azad edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə yerli “Past” qəzeti xəbər yayıb.

Qəzetin məlumatı ötürən hakimiyyətdəki mənbəsi bildirib ki, Q.Ayrapetov 2001-ci ildə “Araqast” kafesində Poqos Poqosyanın öldürülməsi ilə bağlı işin açılması ilə əlaqədar vəzifəsindən azad olunub. Mənbə iddia edir ki, Ayrapetova təklif ediblər ki, o vaxt baş verənləri “xatırlasın” və Poqosyanı döymək göstərişini Robert Köçəryanın verdiyi barədə ifadə versin. Ancaq Ayrapetov bu cür ifadə verə bilməyəcəyini söyləyərək, bunun həqiqətə uyğun olmadığını bildirib. Cavab olaraq ona, yeni hakimiyyətin onunla yaxşı rəftar etdiyini və general rütbəsi verdiyini xatırladıblar.

Q.Ayrapetov isə onu siyasi zir-zibillərə qatmamağı xahiş edib və ifadə verməkdən yanə imtina edib. Aydınlaşdıqdan sonra ki, onun əleyhinə heç bir kompromat yoxdur, xəbərdarlıq etmədən vəzifədən azad olunması barədə fərman imzalayıblar.(virtualaz.org)

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »