Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BDU 3000-dən çox əməkdaşının maaşını artırıb

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, iclasda rektor Elçin Babayev çıxış edərək son illərdə ölkədə aparılan sosial layihələrdən, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində apardığı işlərdən danışıb, dövlət başçısı tərəfindən davamlı olaraq həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mərhələsi kimi dövlət büdcəsindən maliyələşən müəssisələrdə minimum əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını uğurlu sosial siyasətin göstəricisi kimi qiymətləndirib.

İclasda Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə BDU əməkdaşlarının, o cümlədən “Gənc istedadlar” liseyi kollektivinin əməkhaqqının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 (iyirmi) faiz artırılması haqqında qərar qəbul edilib.

Artım ümumilikdə universitetin 3000-dən çox əməkdaşına şamil olunub.(publika.az)

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Bakı gözəl şəhərdir, amma pulu olanlara
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »