Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vahid Ələkbərovun şirkəti "Saudi Aramco" ilə razılığa gələ bilmədi

Rusiyanın “Lukoil” neft şirkəti Səudiyyə Ərəbistanında "Saudi Aramco" ilə birgə kəşfiyyat layihəsindən çəkilmək üzrədir.

Bizimyol.info xəbər verir ki, bu barədə “İnterfaks” xəbər yayıb.

"Saudi Aramco" ilə ənənəvi dostluq münasibətlərimiz var. Onunla böyük bir kəşfiyyat layihəmiz var idi. Orada bir sahə kəşf etdik. Təəssüf ki, çətin, ultra dərin təbəqə olan sahədir. "Saudi Aramco", Səudiyyə Ərəbistanı hökuməti elə şərait yarada bilmədilər ki, onu inkişaf etdirmək iqtisadi cəhətdən səmərəli olsun" deyən V.Ələkbərov əlavə edib:" İndi layihəni krallığa təhvil verməkdəyik. Ümid edirəm ki, ilin sonunadək tamamlanacaq".

"Lukoil" "Saudi Aramco” - Lukoil Saudi Arabia Energy Ltd” (Luksar) birgə müəssisəsində 80% paya sahibdir. 2009-cu ildə Rusiya şirkəti Səudiyyə Ərəbistanında 70 milyon ton kondensat və 300-400 milyard kubmetr qaz ehtiyatı olan iki yataq - Tuxman və Mushaibi kəşf etdiyini bəyan etdi. Şirkət, 2015-ci ildə Səudiyyə Ərəbistanında layihə üzrə karbohidrogen istehsalına başlamağı gözləyirdi. Ancaq tərəflər qazın qiyməti ilə bağlı razılığa gələ bilmədilər və 2017-ci ildə "Lukoil" bu layihədən ayrıldığını elan etdi.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »