Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Skoç”la bağlanan boru ilə bağlı “Azərsu”dan açıqlama

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) avtomobil yolundan keçən borusunun yapışqanlı lentlə bağlanmasına aydınlıq gətirib.

Bizimyol.info-nun sorğusuna cavabında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Gəncə şəhəri Mirzə Abbas Abbaszadə küçəsi 25 ünvanında partlayan borusu içməli su borusu deyil, tullantıların axdığı borudur.

“Vətəndaşın bəhs etdiyi boru azbes borudur və onunla heç vaxt içməli su yox, tullantı suyu axıdılır. Kadrdan da gördüyünüz kimi ərazidə yeni kanalizasiya xətləri çəkilir. Tikinti zamanı zədələnmiş azbes borunun bərpası üçün ilkin olaraq oradan axan tullantı suyun qarşısını almaq tələb olunur ki, xəndəyə su yığılmasın və yeni xəttin çəkilişinə maneə törətməsin. Məhz buna görə “skoç”la axıntının qarşısı alınır. Yeni xətt çəkildikdən sonra onun üzəri əks dolğu materialları ilə örtülərkən həmin zədələnmiş hissə betonla bərkidiləcək. Ən sonda yeni kanalizasiya sistemi istismara veriləndən sonra həmin azbes borularla axıdılan tullantı suları yeni şəbəkəyə yönəldiləcək və azbes borular istismardan çıxarılacaq. Yəni onların fəaliyyəti dayandırılacaq”,-deyə A.Cəbrayıllı bildirib.

Bizimyol.info

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »