Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir 3 nəfəri işdən çıxardı - qocalar vəzifədən gedir

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

Bizimyol.info xəbər verir ki, Baş Nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov işdən çıxarılıb.

Bundan başqa, Ə.Əsədovun sərəncamı ilə dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar Azərbaycan Respublikası Baş Nazirinin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov tutduqları vəzifələrindən azad ediliblər.

Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib.(report)

Hacıbala Abutalıbov Hacıbala Abutalıbov

Xatırladaq ki, ötən gün Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov, həmçinin Azərbaycan Milli ÜElmlər Akademiyasının prezidenti Akif Əlizadə də istefa verib.

Şahin Mustafayev Şahin Mustafayev

Sabiq İqtisadiyyat naziri Şahin Mustafayev isə baş nazirin birinci müavini təyin edilib. Görünən budur ki, hökumət öz sıralarını "pensiyaçı" məmurlardan təmizləməyə başlayıb.

Son xəbərlər
Bütün xəbərlər »