Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol polisinə yalnız gözəl qızların götürüldüyü ölkə: Burada işıqforlar yoxdur

Şimali Koreyada dünyanın qalan hissəsi üçün sürreal görünən çox şey var. Məsələn, adamların hərbi addımlarla işə getməsi və ya hamının oxşar saç düzümlərindən istifadə etməsi. Şimali Koreyada işıqforlar da yoxdur.

Bizimyol.info xəbər verir ki, Asiya ölkəsində bu işi qadınlar görür. Yol polisinə də yalnız gözəl qızları götürürlər. Onlar əlindəki çubuqla nəqliyyatın hərəkətini tənzimləyir.

Şimali Koreyada təkcə Pxenyanda az-çox nəqliyyatın hərəkəti gözə dəyir. Düzdür, dövlət yol polisinin qadın əməkdaşları daha bir neçə şəhərdə fəaliyyət göstərir. Amma onlar, adətən, küçədə çox bekar qalırlar.

Pxenyanın təxminən 40 yerində qadın yol polislərini görmək olur. Hər adamı burada işə götürmürlər. Yol polisi olmaq Asiya ölkəsində bir növ hörmətli iş sayılır.

Yol polislərinə yaşadıqları şəhərdə ayrıca mənzil verirlər. Onların qida təminatı da sıravi şimalikoreyalılardan daha yaxşıdır.

Burada iş haqda arzulamaqla heç nə alınmır. Gərək boy-buxunlu, həm də gözəl olasınız. Şimali Koreyada yol polislərinin hətta gözəl müsabiqəsi də var.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
Son xəbərlər
Bütün xəbərlər »