Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, çərşənbə günündən başlayaraq, Rusiya Federasiyası ilə birgə patrul xidməti haqqında əldə olunmuş razılaşmaya əsasən Suriyadakı bütün YPG silahlıları Türkiyə ilə sərhəddən 30 kilometr zona hüdudlarında çıxarılmalıdır.

"Biz sabahdan başlayaraq, layihəmizi həyata keçirəcəyik. 150 saat ərzində YPG terrorçuları və ağır silahlar 30 kilometr geri çəkiləcək və ləğv ediləcək.

Bizim birgə patrullarımız 10 kilometr dərinlik boyunca xidmət həyata keçirəcək. YPG-nin bütün terrorçuları bu ərazidən çıxarılacaq.

Hər iki dövlət terrorçuların əraziyə girməməsi üçün bütün lazımi tədbirləri görəcək və sıx əlaqəli şəkildə işləyəcəklər", - deyə Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası prezidenti Vladimir Putinlə danışıqların nəticəsinə əsasən bildirib.

O, həmçinin əlavə edib ki, Türkiyə və Rusiya Federasiyası Suriyada siyasi nizama salmaya nail olmaq üçün səy göstərəcəklər. (Report.az)

Paylaş »
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
››› Avqustun 2-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »