Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada kürdlərlə türklər arasında növbəti dəfə kütləvi dava düşdü

Türkiyə ordusunun Suriyada keçirdiyi sülh hərəkatı Avropada da çox səs salıb.

Buna görə qitənin ayrı-ayrı yerlərində kürdlərlə türklər arasında kütləvi dava düşüb. Qarşıdurmalarda indiyə qədər onlarla adam xəsarət alıb.

Bizimyol.info xəbər verir ki, Almaniyada kürdlərlə türklər arasında növbəti dəfə kütləvi dava yaşanıb. Şimali Reyn-Vestfalliya torpaqlarına aid olan Xerne şəhərində hər iki tərəfdən üst-üstə 60 adam üz-üzə gəlib. Dava iştirakçıları dubinka və taxta parçalarından istifadə edib. Polisin məlumatına görə, bir nəfərdə bıçaq olub. Onu spreyin köməyi ilə zərərsizləşdiriblər.

Polis iştirakçılardan bir neçəsini həbs edib. Araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »